Bakı. Trend:
“Benfika” ilə “Napoli” arasında keçirilən Çempionlar Liqasının altıncı tur qarşılaşması portuqaliyalı baş məşqçi Joze Mourinyonun karyerasında mühüm göstərici ilə yadda qalıb.
Trend xəbər verir ki, bu oyun Mourinyonun turnirdə 150-ci matçı olub.
Mourinyo indiyədək “Fənərbağça”, “Roma”, “Tottenhem Hotspur”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter Milan”, “Porto” və “Benfika” kimi klublara rəhbərlik edib.
Karyerası ərzində o, Çempionlar Liqası da daxil olmaqla, müxtəlif beynəlxalq və yerli titullar qazanıb. Təcrübəli mütəxəssis həmçinin UEFA və FIFA tərəfindən təqdim edilən “İlin məşqçisi” mükafatlarının da laureatıdır.
