...

Argentina Britaniya ilə silah məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edir

Dünya xəbərləri Materials 11 Dekabr 2025 06:46 (UTC +04:00)
Argentina Britaniya ilə silah məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina, 1982-ci il Folklend müharibəsindən sonra ölkəyə müasir silahların satışına qoyulan məhdudiyyətlərin yumşaldılması məsələsini Böyük Britaniya ilə müzakirə edir.

Trend xəbər verir ki, bunu Argentina prezidenti Xavyer Miley “The Daily Telegraph” qəzetinə müsahibəsində açıqlayıb.

Miley bildirib ki, “dünya gücləri hərbi güc olmadan fəaliyyət göstərə bilməz” və bir ölkə sərhədlərini qoruya bilmirsə, beynəlxalq arenada nəzərə alınmadığını qeyd edib.

Silah satışına dair məhdudiyyətlərin yumşaldılması üçün danışıqların başlayıb-başlamadığı ilə bağlı sualı prezident müsbət cavablandırıb. Nəşrin məlumatına görə, prosesdə ABŞ-ın Tramp administrasiyası vasitəçilik edir və Argentinanı “Cənubi Atlantika və Antarktidada Rusiya və Çinə qarşı mühüm dayaq” kimi görür.

Argentina lideri həmçinin 2026-cı ilin aprel və ya may aylarında Birləşmiş Krallığa səfər etməyi planlaşdırdığını bildirib. Əgər səfər baş tutarsa, o, 1998-ci ildən bəri Londona rəsmi səfər edən ilk Argentina prezidenti olacaq. Miley Britaniyanın baş naziri Keir Starmeri də Buenos Ayresə səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti