...

Dubayda boks üzrə dünya çempionatında üç azərbaycanlı yarımfinala yüksəlib

İdman Materials 11 Dekabr 2025 04:31 (UTC +04:00)
Dubayda boks üzrə dünya çempionatında üç azərbaycanlı yarımfinala yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında boks üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışın növbəti günü Azərbaycan millisinin üç üzvü yarımfinal mərhələsinə vəsiqə qazanıb.

48 kq çəki dərəcəsində çıxış edən Sübxan Məmmədov Özbəkistanlı Şodiyorjon Melikuziyevi inamla məğlub edərək ilk dördlükdə yer alıb.

92 kq çəki dərəcəsində Məhəmməd Abdullayev Türkmənistan təmsilçisi Dövlət İslamovu üstələyərək yarımfinala yüksəlib.

Eyni çəki dərəcəsində Alfonso Dominqes Moldovalı Andrey Zaplitnyiyə qalib gələrək milli komanda üçün günün üçüncü uğurunu təmin edib və medal mübarizəsini davam etdirəcək.

Dünya çempionatı dekabrın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti