...

Donald Tramp Tailand və Kamboca liderləri ilə telefon danışığı aparacaq

Dünya xəbərləri Materials 11 Dekabr 2025 05:54 (UTC +04:00)
Donald Tramp Tailand və Kamboca liderləri ilə telefon danışığı aparacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Tailand və Kamboca liderləri ilə telefon danışığı aparacağını bildirib.

Trend-in məlumatına görə, dövlət başçısı söhbətin əsas mövzusunun iki ölkə arasında atəşkəsin pozulması ilə bağlı vəziyyət olacağını qeyd edib.

“Düşünürəm ki, onları döyüşü dayandırmağa məcbur edə bilərəm. Bunu başqa kim edə bilər?”, – deyə Tramp vurğulayıb.

O, dünyanın müxtəlif bölgələrində səkkiz müharibənin həllində iştirak etdiyini xatırladaraq, bəzən həmin münaqişələrin yenidən alovlandığını bildirib. Prezident hazırkı toqquşmanı da təkrar dayandıracağına inandığını əlavə edib.

Xəbər lenti

Xəbər lenti