Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün yekun vurulub.
Trend xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma keçirilib.
Günün diqqət çəkən matçı İspaniyada baş tutub. “Real” komandası doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” klubu ilə üz-üzə gəlib. Eyni zamanda, “Qarabağ” komandası Bakıda “Ayaks”la qarşılaşıb.
"Qarabağ" - "Ayaks" - 2:4
"Vilyarreal" - "Kopenhagen" - 2:3
"Atletik" - PSJ - 0:0
"Bayer 04" - "Nyukasl" - 2:2
"Benfika" - "Napoli" - 2:0
"Brügge" - "Arsenal" - 0:3
"Borussiya" - "Budyo Qlimt" - 2:2
"Yuventus" - "Pafos" – 2:0
"Real" - "Mançester Siti" - 1:2
