Bakı. Trend:
Paris məhkəməsi “Google France” şirkətinin səhmlərinin 100%-nə həbs qoyulması barədə qərar çıxarıb.
Trend xəbər verir ki, sənəd dərhal icraya yönəldilir və qərarın Rusiyanın “Quql” MMC-sinin “Google International LLC”yə qarşı müraciətinə yaxın vaxtlarda baxılması ilə əlaqəli olduğu bildirilir.
“Google International LLC” həm Fransadakı, həm də Rusiyadakı bölmələrin ana şirkəti hesab olunur.
Rusiyada “Quql” MMC-nin iflas prosesi davam edir. Bundan əvvəl Moskva Arbitraj Məhkəməsi ana şirkəti iflasdan əvvəl qanunsuz çıxarılan 112 milyon avroluq dividendi geri qaytarmağa məcbur etmişdi. Həmin qərar Rusiyanın müraciətinin Fransada tanınması və icrası üçün əsas kimi qəbul olunub.
