...

İngiltərə Premyer Liqasında "Liverpul" rəqibini darmadağın edib

İdman Materials 19 Dekabr 2020 20:14 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində "Liverpul" futbol klubu səfərdə "Kristal Pelas"ı məğlub edib.

Trend-in məlumatına görə, görüş 7:0 hesabı ilə "qırmızıların" xeyrinə başa çatdı.

Takumi Minamino, Sadio Mane və Cordan Henderson qaliblərin heyətində fərqləniblər. Sadio Mane və Roberto Firmino dubl ediblər.

Bu qələbədən sonra "Liverpul" 31 xal toplayıb və çempionatda birinci yerdə qalıb. "Kristal Pelas"ın aktivində 18 xal var, klub 12-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti