Bakı. Orxan Nəbiyev - Trend:
Amerikalı tennisçi Kristian Harrison Delrey-Biç turnirində matçdan sonrakı müsahibədə maska taxmaqdan imtina etdiyi üçün 3 min dollar məbləğində cərimələnib.
Trend-in məlumatına görə, tennisçi turnirin ikinci matçında rəqibini üstələdikdən sonra kamera qarşısına keçib.
K.Harrison gərgin matçdan sonra maska taxmaqdan imtina edib və müsahibəyə davam edib.
Nəticədə turnirin təşkilatçıları tennismini cərimələyib.