...

İspaniya Super Kuboku: "Atletik Bilbao" "Real"ı məğlub edərək finala yüksəlib

İdman Materials 15 Yanvar 2021 02:50 (UTC +04:00)
İspaniya Super Kuboku: "Atletik Bilbao" "Real"ı məğlub edərək finala yüksəlib

Bakı. Trend:

"Atletik Bilbao" futbolçuları İspaniya Super Kubokunun yarımfinalında Madridin "Real" komandasını məğlub edib.

Trend-in məlumatına görə, Malaqada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

Qalib tərəfinin heyətində Raul Garsia iki dəfə fərqlənib (18 və 38-ci dəqiqələr), ikinci qolu futbolçu penaltıdan vurdu. Karim Benzema "Real"ın yeganə qolunu vurdu (73).

Finalda "Athletic" klubu "Barselona" ilə oynayacaq. Qarşılaşma 17 yanvarda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti