...

İspaniya gimnastı aerobika gimnastikası üzrə dünya çempionu olub (FOTO)

İdman Materials 29 May 2021 16:10 (UTC +04:00)
İspaniya gimnastı aerobika gimnastikası üzrə dünya çempionu olub (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında fərdi proqramda kişilər arasında İspaniya gimnastı Migel Mane qalib gəlib.

Trend-in məlumatına görə, gimnast 22.350 xal qazanıb.

Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıb.

Azərbaycanlı gimnast Vladimir Dolmatov 21.100 xalla yeddinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti