...

Aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər və kişilər arasında qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 29 May 2021 16:49 (UTC +04:00)
Aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər və kişilər arasında qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər və fərdi proqramda arasında qaliblərin mükafatandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında Migel Mane (İspaniya) qızıl, Roman Semyonov (Rusiya) gümüş, Lukas Barboza (Braziliya) isə bürünc medalla mükafatlandırılıb.

Qarışıq cütlüklərdə isə İtaliya qızıl, Macarıstan gümüş, Rusiya bürünc medal əldə edib.

Bundan başqa, fərdi proqramda ən yaxşı çıxışlara görə VTB mükafatı öz sahiblərini tapıb. Qadınlar arasında Ayşe Onbaşı (Türkiyə), kişilər arasında, Roman Semyonov (Rusiya) bu mükafata layiq görülüb.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti