...

Aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində Rumıniya qızıl medal qazanıb (FOTO)

İdman Materials 29 May 2021 17:57 (UTC +04:00)
Aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində Rumıniya qızıl medal qazanıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində Rumıniya komandası qızıl medal qazanıb.

Trend-in məlumatına görə, rumınlar 22.583 xal toplayıb.

Gümüş medalı Macarıstan (22.516 xal), bürünc medalı isə İtaliya (22.100 xal) cütlüyü əldə edib.

Vladimir Dolmatov, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynovadan ibarət Azərbaycan komandası 20.166 xal yığaraq yeddinci nəticə göstərib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti