...

Pepe Avropa çempionatları tarixinə düşüb

İdman Materials 28 İyun 2021 15:04 (UTC +04:00)
Pepe Avropa çempionatları tarixinə düşüb

Bakı. Trend:

Portuqaliya millisinin futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb.

Trend-in məlumatına görə, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qocaman oyunçu olub. Pepe buna 38 yaş 121 günündə ikən Belçikaya 0:1 hesabı ilə uduzduqları 1/8 final oyununun start heyətində yer almaqla nail olub.

Avropa çempionatları tarixinin qol vuran ən yaşlı futbolçusu Avstriya millisinin sabiq üzvü İviça Vastiçdi. O, AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.

Xəbər lenti

Xəbər lenti