...

Avro-2020: 1/4 finala çıxan bütün komandalar bəlli oldu

İdman Materials 30 İyun 2021 04:15 (UTC +04:00)
Avro-2020: 1/4 finala çıxan bütün komandalar bəlli oldu

Bakı. Trend:

İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Ukrayna millisinin İsveç yığması üzərində qələbəsindən sonra 1/4 finala çıxan bütün komandalar bəlli olub.

Trend-in məlumatına görə, 1/4 final mərhələsinə İsveçrə, İspaniya, Belçika, İtaliya, Çexiya, Danimarka, İngiltərə və Ukrayna vəsiqə qazanıblar.

İyulun 2-si Sankt-Peterburqda İsveçrə-İspaniya matçı, Münhendə isə Belçika-İtaliya matçı baş tutacaq.

Digər iki oyun - Çexiya-Danimarka və Ukrayna-İngiltərə - iyulun 3-ü Bakıda və Romada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti