...

Braziliya Amerika Kubokunun finalında

İdman Materials 6 İyul 2021 05:42 (UTC +04:00)
Braziliya Amerika Kubokunun finalında

Bakı. Trend:

Futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsi çərçivəsində Braziliya və Peru yığmaları qarşılaşıb.

Trend-in məlumatına görə, oyun Braziliya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 35-ci dəqiqədə Lukas Paketa vurub.

Qeyd edək ki, finalda braziliyalılar Argentina-Kolumbiya yarımfinalının qalibi ilə qarşılaşacaqlar. Final oyunun oyulun 11-i baş tutacaq.

İyulun 10-da isə Argentina-Kolumbiya oyununda məğlub olan tərəf üçüncü yer uğrunda perulularla oynacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti