...

Avro-2020: İtaliya millisi Avropa çempionu oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 12 İyul 2021 01:58 (UTC +04:00)
Avro-2020: İtaliya millisi Avropa çempionu oldu (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İtaliya futbol komandası Avropa Çempionatının final oyununda İngiltərə millisini penaltilər seriyasında məğlub edib.

Trend-in məlumatına görə, Londonun "Uembli" stadionunda keçirilən oyununu 67 173 tamaşaçı izləyib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İngiltərə yığmasının heyətində Lük Şou fərqlənib (2-ci dəqiqə), İtaliya komandasından qolu Leonardo Bonuççi (67) vurub.

Penaltilər seriyasında İtaliya millisi 3:2 hesabı ilə qalib gəlib.

İtaliya komandası ikinci dəfə Avropa çempionu oldu, İtalyanlar ilk dəfə 1968-ci ildə turnirin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti