...

“Tokio-2020”: Rüstəm Orucov yarışmanı medalsız başa vurdu (ƏLAVƏ OLUNUB)

İdman Materials 26 İyul 2021 14:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal üçün güləşib.

Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.

Görüşdə məğlub olan Azərbaycan təmsilçisi yarışı medalsız başa vurub.

X X X

Saat 13.02

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal üçün güləşəcək.

Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib.

Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti