...

Cüdo üzrə milli komandamız birinci MDB Oyunlarında gümüş medal qazanıb

İdman Materials 10 Sentyabr 2021 20:01 (UTC +04:00)
Cüdo üzrə milli komandamız birinci MDB Oyunlarında gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.

Trend xəbər verir ki, komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, birinci MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti