...

İtaliya çempionatı: "Yuventus" "Milan"la heç-heçə oynadı

İdman Materials 20 Sentyabr 2021 01:39 (UTC +04:00)
İtaliya çempionatı: "Yuventus" "Milan"la heç-heçə oynadı

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının dördüncü turunun matçında Turinin "Yuventus"u "Milan" la heç-heçə edib.

Trend xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qolları ev sahibi "Yuventus"dan Alvaro Morata (4-cü dəqiqə), "Milan"dan Ante Rebiç (76) vurublar.

Növbəti turda "Yuventus" səfərdə sentyabrın 22-də "Spetzia" ilə qarşılaşacaq, "Milan" eyni gün "Venesiya"nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti