...

Dünya çempionatı: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

İdman Materials 2 Noyabr 2021 00:56 (UTC +04:00)
Dünya çempionatı: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

Trend-in məlumatına görə, təmsilçimiz Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra səkkizdəbir finalda puerto-rikolu Yankiel Riveraya da qalib gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.

Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti