...

"Liverpul" UEFA Çempionlar Liqasının pley-offunа vəsiqəni təmin edib

İdman Materials 4 Noyabr 2021 02:08 (UTC +04:00)
"Liverpul" UEFA Çempionlar Liqasının pley-offunа vəsiqəni təmin edib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində İngiltərənin “Liverpul”u doğma meydanda “Atletiko Madrid”i 2:0 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, ev sahiblərindən portuqaliyalı Dioqo Jota və Sadio Mane fərqləniblər. Mersisaydlılar mübarizənin nəticəsini elə ilk hissədəcə - müvafiq olaraq 13 və 21-ci dəqiqələrdə həll ediblər.

Beləliklə, dörd görüşdə dörd qələbə qazanan “Liverpul” turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib.

Eyni nəticə ilə 1/8 finala Almaniyanın “Dortmund” klubuna səfərdə əzmkar qələbə qazanan "Ayaks" yüksıəlib.

Hesabı almanlar açıb. 37-ci dəqiqədə Marko Roys fərqlənib. Bununla belə, matçın bitməsinə 20 dəqiqədən bir az artıq qalmış hollandlar 3 qol vuraraq, nəticəni öz xeyrlərinə dəyişə biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti