...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayder ilə bacarmadı

İdman Materials 28 Dekabr 2021 04:01 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayder ilə bacarmadı

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Nyukasl" "Mançester Yunayted"i qəbul edib.

Trend-in məlumatına görə, oyunun 7-ci dəqiqəsində meydan sahibi komandasının yarımmüdafiəçisi A. Sen-Maksimen hesabı açıb. Qonaqların hücumçusu E.Kavani 71-ci dəqiqədə hesabı bərabərləşdirib.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 19 turdan sonra "Nyukasl" 11 xalla turnir cədvəlinin 19-cu yerində, 17 oyun keçirən "Mançester Yunayted" isə 28 xalla 7-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti