...

Mahir Emreli Xorvatiyanın "Dinamo" klubuna keçib (FOTO/VİDEO)

İdman Materials 3 Fevral 2022 02:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Trend-in məlumatına görə, bu barədə M.Emreli özünün "Instagram" səhifəsində paylaşım edib.

Azərbaycanlı hücumçu yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, daha əvvəl Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli klubdan ayrılmaq istəyirdi. Millimizin hücumçusunun bu qərarına varşavalı azarkeşlərlə insident səbəb olmuşdu.

Mahir Emrelinin "Dinamo"ya keçidi ilə bağlı klubun rəsmi "Youtube" səhifəsində video paylaşılıb.

Həmin videonu sizə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti