...

İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm - Mariana Vasileva

İdman Materials 12 Fevral 2022 11:10 (UTC +04:00)
İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm - Mariana Vasileva

Bakı. Trend:

İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Batut gimnastikası üzrə Dünya kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

"Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar! Sizi yenidən Bakıda salamlamağa şadam!

Cəmi üç ay əvvəl Azərbaycan Gimnastika Federasiyası batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatına və 28-ci Dünya Yaş Qrupu yarışlarına ev sahibliyi etmişdir. Gimnastikada batut və tamblinq növlərinin inkişafına, ümumilikdə idman sahəsinə göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Mehriban xanım Əliyevaya təşəkkür edirəm!

Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir.

Buraya 13 ölkədən təqribən 60 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlu yarışlar, cansağlığı və yeni qələbələr arzulayıram! Batut Gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm!" - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti