Bakı. Trend:
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda İspaniyanın "Barselona" komandası doğma meydanda İtaliyanın "Napoli" klubu ilə bərabərə qalıb.
Trend-in məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
"Barselona"nın heyətində qolu Ferran Torres vurub (59-cu dəqiqə, penaltıdan). "Napoli"nin heyətində Pyot Zelinski fərqlənib (29).
Şotlandiyanın "Reyncers" komandası Almaniyada Dortmundun "Borussiya"sını 4:2 hesabı ilə məğlub edib.
"Zenit" Rusiyada İspaniyanın "Betis" komandasına 2:3, Portuqaliya "Braqa"sı Moldovada "Şerif"ə 0:2 hesabı ilə uduzub.