Bakı. Trend:
"Napoli" futbol klubu İtaliya çempionatının 27-ci turu çərçivəsində səfərdə "Latsio"nu 2:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, "Napoli"nin heyətində qolları Lorentso İnsinye (62-ci) və Fabian Ruiz (90+4) vurub. "Latsio"dan Pedro (88) fərqlənib.
“Napoli” 57 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində birinci yerə yüksəlib və əlavə göstəricilərə görə “Milan”ı qabaqlayıb. “İnter” 55 xalla üçüncü yerdədir, onun ehtiyatda bir oyunu var.