Bakı. Cani Babayeva - Trend:
Bakı Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü davam edir.
Trend-in məlumatına görə, yarışlaırn ikinci günündə.12-18 yaş kateqoriyasında qarışıq cütlüklərdə Milana Əliyeva və Nizam Xamidulin finala çıxıb.
Bu gün, həmçinin 12-18 yaş kateqoriyasında qadın cütlüklər və qadın qruplar arasında finalçılar məlum olacaq.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)