...

Çövkən oyununun dünya çapında tanınması üçün addımlar atılmalıdır - Bilal Ərdoğan

İdman Materials 5 Mart 2022 13:04 (UTC +04:00)
Çövkən oyununun dünya çapında tanınması üçün addımlar atılmalıdır - Bilal Ərdoğan

Bakı. Humay Ağacanova - Trend:

"Ethnosport" forumlarını bir il Türkiyədə, növbəti il başqa ölkələrdə keçiririk. Bu il forumun ev sahibliyi Azərbaycana məxsus oldu.

Trend-in məlumatına görə, bunu Dünya "Etnoidman" Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.

O qeyd edib ki, hazırda burada dünyanın 45-dən çox ölkəsindən təmsilçilər var.

"Əsas məqsəd sözügedən idman növlərinin gələcək prioritetləridir. Azərbaycanda da bu milli idman növlərinin inkişafı üçün çox böyük gözləntilər var. Biz düşünürük ki, Gədəbəydəki Yaylaq festivalını bu il yenidən keçirə bilərik. Hətta ona bənzər bir festivalı Bakıda da keçirməyi planlaşdırırıq. Bu, həm də daha çox kütləyə çatmaq deməkdir. Bu gün hörmətli nazirlə də bu mövzunu danışırıq. Çövkən oyununun Azərbaycanda deyil, dünya çapında tanınması üçün addımlar atılmalıdır. Çünki milli mədəniyyətimizi dünyaya tanıtmağımız həm də ölkəmizi tanıtmağımız, dünyaya daha geniş sferada göstərməyimiz deməkdir. Biz bunu üzvümüz olan bütün ölkələr üçün etməyi düşünürük. Məqsəd odur ki, bizə yad idman növlərini gətirməkdənsə, öz milli oyunlarımızı təbliğ edək, tanıdaq. Bu da, eyni zamanda, ölkələrarası mədəni əlaqələrin də inkişafına yol açır. Bu gün biz Azərbaycanın da sözügedən təbliğatı apardığını görürük. İnşallah, bugünkü forum həm dünyada, həm də Azərbaycanda ənənəvi idman növlərinə olan marağın artmasına səbəb olacaq”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti