Bakı. Cani Babayeva - Trend:
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupu Yarışlarında İsraildən olan kişilər qrupu 12-18 yaş kateqoriyasında qızıl medal qazanıb.
İdmançılar 28,230 xal olub toplayıblar.
Gümüş medalı Rusiyadan olan kişilər qrupu (27,980 xal), "bürünc"ü Böyük Britaniya (26,890 xal) qrupu qazanıb.
Finalda kişi qrupları kombinə edilmiş hərəkətləri təqdim ediblər.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.