...

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb (FOTO)

İdman Materials 25 May 2022 12:34 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparır.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti