...

Aerobika gimnastikası üzrə Bakı birinciliyində uşaqlar yaş qrupu üzrə qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 25 May 2022 15:05 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Bakı birinciliyində uşaqlar yaş qrupu üzrə qaliblər mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin uşaqlar (2011-2013-ci il) yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu yaş qrupunda Ayan Ağayeva birinci, Məryəm Əliyeva ikinci, Qəmər Ağaqulu üçüncü yeri tutub.

Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparır. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti