...

Bakı birinciliyində qazandığım qızıl medal mənə gələcək üçün stimul olacaq - Gənc gimnast

İdman Materials 25 May 2022 20:26 (UTC +04:00)
Bakı birinciliyində qazandığım qızıl medal mənə gələcək üçün stimul olacaq - Gənc gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Xoşbəxtəm ki, aerobika gimnastikası üzrə Bakı birinciliyində qızıl medal qazanmışam, bu mükafat mənə gələcək məşq və yarışlar üçün stimul olacaq.

Bunu Trend-ə aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin iştirakçısı, balacalar yaş qrupunun qalibi, "Ocaq Sport" klubunu təmsil edən Mədinə İbrahimli deyib.

"Yarışlara çox ciddi hazırlaşmışdım, yaxşı nəticə göstərmək istəyirdim və bu, məndə alındı. Məşq etmək elə də çətin deyil, mən aerobika gimnastikası ilə məşğul olmaqdan zövq alıram. İlk dəfə gimnastika yarışlarını televizorda gördüm və bu idman növü ilə məşğul olmaq həvəsim yarandı", - gimnast deyib.

O əlavə edib ki, yarışlar zamanı çox həyəcanlanmayıb və bütün diqqətini öz çıxışına ayıra bilib.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti