Bakı. Trend:
Bədii gimnastika üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində Avropa çempionatında iştirak edir.
Trend-in məlumatına görə, Azərbaycanı turnirdə böyüklər yaş qrupunda fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, gənclər yaş qrupunda Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil edir.
Yarışların ilk günündə gənclər arasında təsnifatda Alina Məmmədova topla hərəkətlərdə, Kamilla Qafarova halqa və gürzlərlə hərəkətlərdə, Mədinə Dəmirova lentlə hərəkətlərdə finala vəsiqə qazanıb
Avropa çempionatı iyunun 19-dək davam edəcək.
(Tərcümə: Orxan Nəbiyev)