...

Azərbaycan millisinin futbolçusu İsveçrə klubu ilə müqavilə imzalayıb

İdman Materials 10 İyul 2022 03:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin və İngiltərə “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasına keçib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Dadaşov 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti