...

Levandovski "Barselona" ilə 3 illik müqavilə imzalayıb

İdman Materials 16 İyul 2022 05:10 (UTC +04:00)
Levandovski "Barselona" ilə 3 illik müqavilə imzalayıb

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski İspaniyanın "Barselona" klubu ilə 3 illik müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində "Sky Sport Italia" telekanalının jurnalisti Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, "Bavariya" polşalının "Barselona"ya transferi üçün 50 milyon avro alacaq. Bildirilir ki, cümə günü klublar yekun razılığa gəliblər, Levandovskinin transferi haqqında həftə sonu açıqlama veriləcək.

Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Mayın 30-da futbolçu komandadan ayrılmaq niyyətində olduğunu bildirərək, klubdakı müddətinin başa çatdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti