...

Cüdoçumuz Qran-Pri turnirinin bürünc medalını qazanıb

İdman Materials 17 İyul 2022 21:37 (UTC +04:00)
Cüdoçumuz Qran-Pri turnirinin bürünc medalını qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Zaqreb Qran-Pri turnirinin bürünc medalını qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz Uşanqi Kokauri (+100 kq) həlledici mərhələdə gürcüstanlı rəqibi Gela Zaalişvilini məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti