...

Aerobika gimnastikası üzrə Azərbaycan yığması İslamiadada gümüş medal qazanıb

İdman Materials 13 Avqust 2022 20:15 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Azərbaycan yığması İslamiadada gümüş medal qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya.Trend:

Aerobika gimnastikası üzrə Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarında komanda yarışında ikinci yeri tutub.
Trend-in məlumatına görə, Azərbaycan yığmasının heyətində Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov yer alıb.
Gimnastlar komanda hesabında gümüş medala sahib olublar. Mükafatlandırma mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti