...

UEFA Avropa Liqası: “Olimpiakos” və “Qarabağ” klublarının start heyətləri açıqlanıb

İdman Materials 6 Oktyabr 2022 22:11 (UTC +04:00)
UEFA Avropa Liqası: “Olimpiakos” və “Qarabağ” klublarının start heyətləri açıqlanıb

Bakı. Trend:

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyununda üz-üzə gələcək “Olimpiakos” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Trend xəbər verir ki, Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.

Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxacaqlar.

Bu gün Georgios Karaiskakis stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Xəbər lenti

Xəbər lenti