...

Messi bir daha dünya çempionatına qatılmayacaq

İdman Materials 14 Dekabr 2022 12:30 (UTC +04:00)
Messi bir daha dünya çempionatına qatılmayacaq

Bakı. Trend:

Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının final matçının onun karyerasında bu səviyyəli turnirlərdə sonuncu oyunu olacağını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.

“Çox şadam ki, buna nail oldum - finalda son oyunumu keçirməklə dünya çempionatlarında karyeramı başa vuracam. Növbəti dünya çempionatına çox illər var və mən növbəti çempionatda yarışa biləcəyimi düşünmürəm. Bu sonluq ən yaxşısıdır”, - deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı Messinin karyerasında beşinci idi. Hücumçu mundialda debütünü 2006-cı ildə Serbiya və Monteneqro ilə matçda edib. 2014-cü ildə Argentina millisinin tərkibində turnirin gümüş mükafatçısı olub.

Xatırladaq ki, dünən yarımfinal matçında argentinalılar Xorvatiyaya 3:0 hesabı ilə qalib gəlib. Messi ilk qolun müəllifi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti