...

Bədii və akrobatika gimnastikası üzrə birgə Bakı çempionatında 100-dən çox idmançı iştirak edir - AGF meneceri

İdman Materials 16 Dekabr 2022 15:44 (UTC +04:00)
Bədii və akrobatika gimnastikası üzrə birgə Bakı çempionatında 100-dən çox idmançı iştirak edir - AGF meneceri
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Ümumilikdə, kişi idman və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı çempionatında 100-dən çox idmançı iştirak edir.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının (AGF) regionlar üzrə meneceri Surxay Qarayev məlumat verib.

"Yarışlar bir gün ərzində keçirilir. Bu açıq birgə çempionatda paytaxt klubları ilə yanaşı, Balakən və Bərdə rayonlarının gimnastları da iştirak edirlər. Qeyd edim ki, Azərbaycanın 29 rayonunda gimnastika növləri üzrə bölmələr fəaliyyət göstərir", - deyə o vurğulayıb.

Surxay Qarayevin sözlərinə görə, gənc gimnastlar üçün yarışlarda iştirak böyük əhəmiyyət kəsb edir - onlar yeni təcrübə qazanır, fiziki hazırlıq səviyyəsini artırırlar.

"Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən idman tədbirlərinin və yarışların məqsədi gimnastikanın kütləviliyini artırmaq, idmançıları yüksək nəticələr əldə etməyə həvəsləndirmək, peşəkar idmançılar yetişdirməkdir", - deyə Qarayev əlavə edib.

Qeyd edək ki, dekabrın 16-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti