...

"PSJ" ilə Ər-Riyad yığması arasında yoldaşlıq matçında Messi və Ronaldo qol vurdu

İdman Materials 20 Yanvar 2023 00:43 (UTC +04:00)
"PSJ" ilə Ər-Riyad yığması arasında yoldaşlıq matçında Messi və Ronaldo qol vurdu

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubu yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının futbolçularından yaradılan Ər-Riyad yığmasını 5:4 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Ər-Riyadda Kral Fəhd adına stadionunda keçirilib.

Fransa klubunun heyətində qolları Lionel Messi (3-cü dəqiqə), Markinyos (43), Serxio Ramos (53), Kilian Mbappe (60, penaltidən), Yuqo Ekitike (78) vurublar. Ər-Riyad yığmasının heyətində qolları Kriştiano Ronaldo (34, penaltidən, 45+6), Çan Hön Sun (56), Anderson Taliska (90+3) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti