...

“Latsio”, “Şerif” və AEK komandaları Konfrans Liqasının 1/8 finalına yüksəlib

İdman Materials 24 Fevral 2023 00:03 (UTC +04:00)
“Latsio”, “Şerif” və AEK komandaları Konfrans Liqasının 1/8 finalına yüksəlib

Bakı. Trend:

İtaliyanın "Latsio" klubu Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyununda Rumıniyanın "Kluj" klubu ilə heç-heçə edərək (0:0) turnirin növbəti mərhələsinə yüksəlib.

Trend xəbər verir ki, Rumıniyada baş tutan qarşılaşmada komandalar bir-birinin qapısına qol vura bilməyib. Beləliklə, bir həftə əvvəl Romada keçirilən ilk oyunda Çiro İmmobilenin bu qarşıdurmada vurduğu yeganə qol “Latsio”nu 1/8 finala çıxarıb.

Həmçinin Moldovanın “Şerif” klubu səfərdə “Partizan”ı 3:1 hesabı ilə məğlub edərək turnirin 1/8 finalında çıxıb. İlk görüşdə Serbiya klubu 1:0 qalib gəlsə də, “Şerif” cavab görüşündə vurduğu daha çox qol fərqi ilə növbəti mərhələyə yüksəlib.

Eyni zamanda, Kiprin AEK komandası Ukraynanın "Dnepr-1" komandası ilə 0:0 hesabı ilə bərabərə qalaraq növbəti mərhələyə yüksəlib. İlk görüşdə kiprlilər 1:0 hesabı ilə qalib gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti