...

“Mançester Yunayted” “Barselona”nı məğlub edərək Avropa Liqasının 1/8 finalına yüksəlib

İdman Materials 24 Fevral 2023 02:04 (UTC +04:00)
“Mançester Yunayted” “Barselona”nı məğlub edərək Avropa Liqasının 1/8 finalına yüksəlib

Bakı. Trend:

"Mançester Yunayted" Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Barselona"nı məğlub edib.

Trend xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Qaliblərin heyətində qolları Fred (47-ci dəqiqə) və Antoni (73) vurublar. Qonaqların heyətində isə 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Robert Levandovski fərqlənib.

İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, "Mançester Yunayted" Avropa Liqasının 1/8 finalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti