...

Azərbaycan şahmatçıları üçüncü Avropa Oyunlarında mübarizə aparacaqlar

İdman Materials 23 Mart 2023 04:28 (UTC +04:00)
Azərbaycan şahmatçıları üçüncü Avropa Oyunlarında mübarizə aparacaqlar

Bakı. Trend:

Polşanın ev sahibliyi edəcəyi üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq.

Trend xəbər verir ki, qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı, daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti