...

Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı hələ təsdiqlənməyib - Federasiya (ÖZƏL)

İdman Materials 31 Mart 2023 16:03 (UTC +04:00)
Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı hələ təsdiqlənməyib - Federasiya (ÖZƏL)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Federasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.

Bildirilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir.

Qeyd edək ki, bu gün erməni mətbuatı Azərbaycanın çempionatda iştirakını təsdiq etməsi barədə məlumat yayıb.

Xatırladaq ki, təsnifat xarakterli yarış İrəvanda 15-23 aprel tarixlərində keçiriləcək. Çempionat Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti