...

Güləşçimiz Hacı Əliyev dördqat Avropa çempionu olub

İdman Materials 18 Aprel 2023 21:54 (UTC +04:00)
Güləşçimiz Hacı Əliyev dördqat Avropa çempionu olub

Bakı. Trend:

Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.

Trend xəbər verir ki, H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.

Qeyd edək ki, daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti