...

Arzulayıram ki, yeniyetmələrimiz ölkəmizi beynəlxalq arenalarda təmsil etsinlər - Avropa çempionumuz

İdman Materials 27 Aprel 2023 17:05 (UTC +04:00)
Arzulayıram ki, yeniyetmələrimiz ölkəmizi beynəlxalq arenalarda təmsil etsinlər - Avropa çempionumuz

Bakı. Trend:

Arzulayıram ki, yeniyetmələrimiz ölkəmizi beynəlxalq arenalarda təmsil etsinlər.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Azərbaycanın Qarışıq döyüş sənətləri (K-1) üzrə döyüşçüsü, 2018-ci il Avropa çempionu Zabit Səmədov deyib.

"Bildiyiniz kimi, 2019-cu ildə tamamilə dövlət hesabına maliyyələşən "Zabit Səmədov döyüş məktəbi"nin açılışı oldu. Bu məktəb tamamilə yeniyetmələr üçün nəzərdə tutulub. Mən də həmin məktəbdə Azərbaycanı uğurlu gələcəyə aparan yeniyetmələrimizə təlim vermək yolunda əlimdən gələni əsirgəmirəm. Arzulayıram ki, həmin yeniyetmələr bir neçə ildən sonra ölkəmizi beynəlxalq arenalarda təmsil etsinlər",- deyə idmançımız qeyd edib.

Zabit Səmədov bildirib ki, hal-hazırda tələbələrindən biri Taylanddadır.

"Bu gün bir neçə tələbəmizə müxtəlif Avropa ölkələrindən, böyük təşkilatlardan təkliflər gəlir. Yaxında bizim o təşkilatlarla müqaviləmiz də olacaq. Hansı ki, həmin təşkilatlar beynəlxalq təşkilatlardır. İctimaiyyətə bu barədə yaxın günlərdə məlumat veriləcək", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti