...

“Napoli” futbol üzrə İtaliya çempionu olub

İdman Materials 5 May 2023 00:45 (UTC +04:00)
“Napoli” futbol üzrə İtaliya çempionu olub

Bakı. Trend:

"Napoli" İtaliya futbolunun A Seriyasının vaxtından əvvəl qalibi olub.

Trend-in məlumatına görə, İtaliya çempionatının 33-cü turunun səfər matçında Neapol klubu "Udineze" ilə heç-heçə edib - 1:1.

Bunun sayəsində “Napoli” onun ardınca gələn komandan üçün əlçatmaz oldu. Komandanın 80 xalı var və çempionatın bitməsinə 5 tur qalmış ikinci yerdə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır.

“Napoli” üçüncü dəfə İtaliya çempionu olub. Bundan əvvəl o, 1986/87 və 1989/90 mövsümlərində A Seriyasının qızıl medalını qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti