...

Azarkəş İngiltərənin "Nyukasl" komandasının baş məşqçisinə hücum etməyə cəhd edib

İdman Materials 14 May 2023 08:29 (UTC +04:00)
Azarkəş İngiltərənin "Nyukasl" komandasının baş məşqçisinə hücum etməyə cəhd edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 36-cı turunda "Lids" futbol klubu oyunda azarkeş "Nyukasl"ın baş məşqçisi Eddi Hauya hücum etməyə cəhd edib.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər verib.

Oyun mayın 13-də Lidsdə baş tutub və 2:2 hesabı ilə başa çatıb.

Hadisə matçın sonlarına yaxın baş verib. Azarkeşlərdən biri texniki zonaya girərək E.Haunu tutmaq istəyib, lakin stadionun mühafizəsi buna mane olub və həmin şəxs stadiondan çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti