...

Bolqarıstanlı gimnast Avropa çempionatında fərdi çoxnövçülükdə qızıl medal qazanıb

İdman Materials 20 May 2023 19:06 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Bolqarıstanı təmsil edən idmançı Boryana Kaleyn fərdi çoxnövçülük proqramında 131.000 xal toplayaraq qızıl medal qazanıb.

Trend-in məlumatına görə, İtaliyalı Sofiya Raffaeli 129,550 xalla gümüş medal qazanıb. Bürünc medalı Bolqarıstan təmsilçisi Stilyana Nikolova qazanıb, onun nəticəsi 129.500 xal olub.

Azərbaycan gimnast Zöhrə Ağamirova fərdi çoxnövçülük üzrə finalda 122.400 xalla 7-ci yeri tutub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti